Taksi sürücüsü ilə nəqliyyat müfəttişləri arasında bitmək bilməyən savaş - VİDEO

Taksi sürücüsü ilə nəqliyyat müfəttişləri arasında bitmək bilməyən savaş - VİDEO
Bütün Xəbərlər
10:58 30.08.2012
1437
Paytaxtda Nəqliyyat Departamentinin müfəttişləri ilə taksi sürücüsü arasında növbəti insident yaşanıb. Hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. Özünün “Lada” markalı şəxsi avtomaşını ilə taksi kimi fəaliyyət göstərən Fərhad Ərəbxanovun sözlərinə görə, bir neçə nəfər onu sərnişin kimi saxlatdırıb maşına əyləşiblər. Bundan sonra isə....Müfəttişlərin hərəkətini özbaşınalıq sayan sürücü onların təsdiqləyici hər hansı bir sənəd də təqdim etmədiyini deyir. Qanun keşikçisinin qanundan kənar təklifi ilə razılaşmalı olan sürücü onlara 10 manat vermək istəyib. Amma bu pul müfəttişləri qane etməyib. Daha sonra isə müfəttiş kimi özünü təqdim edənlər həm 10 manatı, əlavə olaraq da maşının gözlüyündən 82 manat götürərək aradan çıxıblar.Sürücü hadisə ilə bağlı ərazi üzrə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edib. Hazırda onun şikayəti polis tərəfindən araşdırılır. Bölmədən hələlik araşdırmalar getdiyi üçün bir məlumat deməyin tez olduğunu bildirdilər.Nəqliyyat Nazirliyindən də hadisənin mütləq araşdırılacağı deyildi. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov həmin gün növbədə olan müfəttişlərdən izahat alınacağını və əgər onların günahkar olduğu sübut olunarsa, ciddi cəza alacaqlarını bildirdi. Xatırladaq ki, bu hadisə Nəqliyyat Departamentinin müfəttişləri ilə taksi sürücüləri arasında yaşanan ilk insident deyil. Bu il ərzində dəfələrlə belə hallar qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR