Tamilla Qulami deputatlığa namizəd oldu: Binəqədinin problemlərini yaxşı bilirəm

Tamilla Qulami deputatlığa namizəd oldu: Binəqədinin problemlərini yaxşı bilirəm
SOSİAL
16:20 15.07.2024
650
"1 sentyabr Növbədənkənar Parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki məntəqəsindən namizədliyimi irəli sürəcəyəm". 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ümid Partiyasının sədr müavini Tamilla Qulami deyib. 

Sədr müavini əlavə edib ki, o uzun illər Binəqədi rayon bələdiyyəsinin üzvü olub və Binəqədinin problemlərini yaxşı bilir: 

"Mənim üçün kimin mənimlə eyni seçki dairəsindən namizəd olmasının heç bir fərqi yoxdur. 2014-2019-cu illərdə Binəqədidə 5 il bələdiyyə üzvü olmuşam, həm də ora faktiki yaşadığım ərazidir. Düşünürəm ki, yaxşı bir təbliğat kampaniyası quracağıq və haqq edən də qalib gələcək".

T. Qulami qeyd edib ki, Ümid Partiyasından hələlik 40 nəfər namizəd olsa da, sayda artım müşahidə ediləcək:

"Ümid Partiyasından təmsil olunan namizədlərin sayı hələ ki, 40 nəfərdir. Bu şəxslərin sənədləri MSK-ya təqdim edilib. Amma sayda artım olacaq. Çünki davamı gəlir. Digər şəhər və rayon təşkilatlarından da namizədlərimiz var".
 
Qeyd edək ki, hazırda 8 saylı Binəqədi seçki dairəsindən deputat Azay Quliyevdir. O hələlik seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı qərarını açıqlamayıb.
 
Müsavat partiyasından isə adıçəkilən dairədə namizəd Mustafa Hacılı olacaq.

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Pakistana başsağlığı verdi
17:32 26.08.2026
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
17:30 26.08.2026
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
17:26 26.08.2026
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:17 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
17:15 26.08.2026
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
17:11 26.08.2026
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
17:08 26.08.2026
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
16:58 26.08.2026
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
16:53 26.08.2026
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
“Sabah” klubu Prezidentə təşəkkür etdi
16:44 26.08.2026
“Sabah” klubu Prezidentə təşəkkür etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:41 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
16:22 26.08.2026
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
16:17 26.08.2026
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
16:13 26.08.2026
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
16:09 26.08.2026
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski