Tanınmış aktrisa Mərkəzi Klinik Xəstəxanasını məhkəməyə verir

Tanınmış aktrisa Mərkəzi Klinik Xəstəxanasını məhkəməyə verir
Bütün Xəbərlər
14:07 16.01.2013
7179

Aktrisa və teleaparıcı Zümrüd Qasımova Mərkəzi Klinik Xəstəxanasını məhkəməyə verir.

AZXEBER.COM-un məlumatına görə, bu barədə AzNews.az-a aktrisa özü danışıb. O, deyib ki, 2 il əvvəl xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə, adıçəkilən xəstəxanaya müraciət edib və ona orada səhv diaqnoz qoyulub.

“Hazırda hər şey yaxşıdır. Şükür Allaha, başımda saçım da var. Bu, Azərbaycanda mənə qoyulan səhv diaqnozun ucbatından olmuşdu. Mərkəzi Klinikanın ambulatoriyasından mənə səhv diaqnoz qoymuşdular. 6 ay bu səhv diaqnozla “müalicə” almışam. Bununla bağlı hüquqşünasımızla Mərkəzi Klinik Xəstəxanasından məhkəməyə şikayət edəcəyik. İstəyirik ki, səhv diaqnoza görə, onlar məsuliyyətə cəlb olunsunlar”, - Z.Qasımova bildirib.

O, sağlamlığına qovuşmaq üçün Türkiyənin paytaxtı Ankara şəhərinə getdiyini və müalicəsini orada davam etdirdiyini söyləyib: “Amma radioterapiya və kimyaterapiyanı Bakıda müalicə oldum. Ümumiyyətlə, hər 3 aydan bir həkim nəzarətində oluram. Sağ-salamatam”.

OXŞAR XƏBƏRLƏR