Güzəştli mənzil almaq istəyənlərin nəzərinə - Dekabrın 19-da bu saatda...

Güzəştli mənzil almaq istəyənlərin nəzərinə - Dekabrın 19-da bu saatda...
SOSİAL
23:28 14.11.2023
1124
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Hövsan qəsəbəsində, eləcə də, Sumqayıt və Gəncə şəhərlərində mənzillərin növbəti dəfə güzəştli satışına başlayır.

Güzəştli mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edir?

AZXEBER.COMCxəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son üç ildə əmlak bazarında ciddi bahalaşma var.

"Mənzillərin qiyməti hər ay artan xətt üzrə gedir. Bu da aztəminatlı ailələr üçün mənzil almaq istəyini əlçatmaz edir. Ancaq dövlətin müxtəlif layihələri nəticəsində vətəndaşlar mənzil əldə edə bilirlər. Mənzil İnşaatı Dövlət Agentliyinin təqdim elədiyi mənzillərin qiymətlərinə baxsaq, təqdim edilən ərazilər üzrə daha ucuzdur və ilkin ödənişi azdır.

Bu mənzillərin ucuz satışa çıxarılmasının səbəbi bina tikilən torpağın dövlət tərəfindən ayrılmasıdır. Tikintinin maya dəyərini isə artıran torpaq sahəsidir. Paytaxtda da torpaq bahadır. Hazırda satışa çıxarılan mənzillər paytaxta yaxın olmasa da, bazar dəyərindən çox aşağı satılır. Belə mənzillərin satışa çıxarılması əmlak bazarına müsbət təsir edir.

Burada da müəyyən problemlər olur. Belə ki, mənzil almaq istəyən vətəndaşların sayı minlərlə olduğu təqdirdə, satışa çıxarılan mənzillər yüzlərlədir. Güzəştli satışdan yararlana bilməyənlərdə narazılıq yaranır. Lakin satış mexanizmində müəyyən dəyişikliklər olsa, narazılıqlar aradan qalxar".

Ekspert qeyd edib ki, hazırda Hövsan və Sarayda yeni binalarda təmirsiz mənzilin 1 m²-i 1200 manat, təmirlilərin isə 1400 manatdır.

"Güzəştli satılan mənzillərlə qiymət fərqinə baxsaq, təqribi 500 manata yaxın fərq var. Ümumi götürsək, güzəştli mənzillərin satışa çıxarılması əmlak bazarına təsir etməyəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Mənzillərin satış şərtləri və qiymətləri:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd edilib ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:

1 otaqlı mənzillərin qiyməti - 32 725 manatdan,

2 otaqlı mənzillərin qiyməti - 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti - 57 120 manatdan başlayır.

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

Studio tipli mənzilin qiyməti - 34 085 manat,

2 otaqlı mənzillərin qiyməti - 49 028 manatdan,

3 otaqlı mənzillərin qiyməti - 61 897 manatdan,

4 otaqlı mənzillərin qiyməti - 83 895 manatdan başlayır.

Gəncə Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti - 29 623 manatdan,

2 otaqlı mənzillərin qiyməti - 47 940 manatdan,

3 otaqlı mənzillərin qiyməti - 61 668 manatdan,

4 otaqlı mənzillərin qiyməti - 81 685 manatdan başlayır.

Sumqayıt layihəsi üzrə:

3 otaqlı mənzilin qiyməti - 63 325 manatdır.

Qeyd edilib ki, mənzillərin satış qiymətinə ƏDV daxildir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
19:36 06.11.2026
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
19:12 06.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb