Ekstrasens, parapsixoloq Lamiyənin AZXEBER.COM-a müsahibəsi- Lamiyə xanım, son vaxtlar efirlərdə ekstrasenslərə qarşı aqressiya hiss olunur. Sizcə bu nə ilə bağlıdır?
- Ekstrasenslərə qarşı hər zaman aqressiya olub var və olacaq. Son vaxtlar aqressiya onunla bağlıdır ki, efir məkanlarını bəzi fırıldaqçı ekstrasenslər,baxıcılar tutub. Yaşlarından, kişi və qadın olmaqlarından asılı olmayaraq bəziləri öz gülünc danışıqları, savadsızlıqları ilə ekstrasens adına yaraşmayan hərəkət edirlər. Hələ bəzi uşaq-muşaqların efir məkanına çıxıb həyasız arvad kimi gülünc bir səhnə yaratmağını demirəm. Bilinmir kişidir yoxsa cinsi azlıq. Bu cür problemi olan birisi özünə ekstrasens adı verməməlidir. Belələri əsl ekstrasens adına ləkədir .Mən belələriylə bir efiri paylaşmağa utanıram. Baxmayaraq ki, dəfələrlə bir çox efirlərdən dəvət almışam,pulsuz parasız.Yoxsa bəzi "ekstrasenslər" kimi efir qapısında yalvarmamışam.Hələ belələrinin qarşısına güclü ekstrasenslər çıxmayıb,ona görə də bu fürsətdən istifadə edərək doya - doya özlərini göstərirlər. Sərf edəndə baxıcı,cadugar bəzi hallarda ekstrasens, parapsixoloq və ya psixoloq nə bilim daha nələr adıyla efirə çıxan "ekstrasenslər" gəlin sizə psixologiya, parapsixologiya və astrologiya dərslərini keçim. Bəlkə onda heç nə olduğunuzu anlayarsız. Ayıbdır özünüzə heç bu elmlərdən xəbərdar olmayan adları yapışdırmayın.
- Adi vətəndaş fırıldaqçı ilə ekstrsensi necə ayırd edə bilər?
- Adi vətəndaş ekstrasens yanına getdikdə onun haqqında şablon (ruzi cəhətdən çətinliyin var, əlinin duzu yoxdur, kimə yaxşılıq edirsən ondan pislik görürsən,ürəyin təmizdir,gözə nəzərə tez gəlirsən və s...) məlumat verilirsə, deməli o ekstrasens fırıldaqçıdır.Yox əgər ekstrasens vətəndaşa keçmişi indiki durumu və gələcəyi haqqında düzgün məlumat verirsə onda o şəxs ekstrasensə necə inanmaya bilər? Amma mənim qəbuluma gələn insanların yüzdə yetmiş faizi qəbulunda olduğu ekstrasensin ona gələcəyi barəsində verdiyi proqnozun heç birinin düzgün çıxmadığından şikayətlənir, Baxmayaraq ki, keçmişi və indiki durumu hardasa düzgün deyə bilib. Əsl ekstrasens mənim anlamımda yalnız 1 il və ya 3-5 il sonra baş verəcək hadisəni deyil, eyni zamanda 2 gün 2 həftə və ya 2-3 ay sonra baş verəcək hadisənin düzgün proqnozunu verən biridir.Çünki insanları gələcək daha çox maraqlandırır və ən əsas da yaxın gələcək təbii ki.Vətəndaşa yaxın gələcək haqqında verilən proqnoz özünü doğruldanda o ekstrasensə inanmamaq mümkünsüzdür.
- Sizə ən çox hansı problemlə bağlı müraciət edirlər?
- Mənə müxtəlif problemlərlə bağlı müraciət edənlər var.Amma daha çox bəxti bağlı olan qızlar ailə həyatı qurmaq üçün və eləcə də ailə içi problemlər şəxsi münasibətlər barəsində müraciətlər hədsiz çoxdur. Məs: Ərim evdən getdi onu geri qaytar, arvadım məndən ayrılmaq istəyir kömək et deyə bu mövzuda müraciət edirlər.Bu iki ayın ən aktual problemi isə nədənsə qadınların ərlərindən bezib boşanmaq istəmələridir.Mənə deyirlər ki, kömək edin ərim məndən öz istəyilə boşansın, canım qurtarsın. Nə bilim e o qədər problemli insanlarla qarşılaşıram ki,gün ərzində müxtəlif insan taleləri.
- Son olaraq nə demək istərdiz?
- Hərə öz işiylə məşğul olsun. Kosmos qanunu pozmayın, Bu Allahın iradəsinə ziddir. Kiminsə taleyilə oynamaq olmaz. Çünki karma deyilən bir qanun var.Geci tezi onu yaşayacaqsınız. Pis və ya yaxşı.
Əlaqə: 055 685 56 66