Tanınmış idmançı Elnur Məmmədov mükafat aldı - FOTOLAR

Tanınmış idmançı Elnur Məmmədov mükafat aldı - FOTOLAR
İDMAN
16:51 25.04.2014
9123
Gənc idmançı fəxri diplomla təltif olundu Bu gün “Gorgud Palace” otelində Azərbaycan tanınmış idmançısı, Avropa çempionu, K-1-in Azərbaycandakı rəsmi nümayəndəsi, Best of the Best promoutionun prezidenti Elnur Məmmədova idman təşkilatçılığı sahəsindəki xidmətlərinə görə “İlin idman təşkilatçısı” fəxri mükafatı təqdim olunub. “Piar Service” agentliyinin keçirdiyi sorğunun nəticələrinə görə, qalib olan idmançıya mükafatın təqdimat mərasimində idman ictimaiyyətinin nümayəndələri, gənclər, media nümayəndələri iştirak edib. 
AZXEBER.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan agentliyin həmtəsisçisi Azər Niftiyev bildirib ki, rəhbərliyində təmsil olunduğu qurum dörd ildir fəaliyyət göstərir. 
O, qeyd edib ki, ictimai rəyin öyrənilməsi, media ilə ictimaiyyət arasında qarşılıqlı və faydalı əlaqələrin genişlənməsi sahəsində fəaliyyət göstərən qurum indiyə qədər bir çox layihələrə müəlliflik edib:
 “Biz hələ bir neçə il öncə digər iki ictimai birliklə birgə Analatik Təhlil və Sorğu Mərkəzi adından “Xəzər” milli mükafatının təqdimat mərasimini keçirmişik. Mərasimdə mükafatın qalibləri olan yüksək ranqlı dövlət məmurları, milət vəkilləri, ictimai xadimlər şəxsən iştirak edərək, simvolik ödül alıblar”. “Bizim fəaliyyətimiz Azərbaycan həqiqətlərini dünyaya yayan, beynəlxalaq arenada ölkəmizi təbliğ edən fədakar həmyerlilərimizi stimullaşdırmaqdan ibarətdir” deyən qurum sədri idman sahəsindəki təşkilatçılığına və Azərbaycan idmanını beynəlxalq səviyyədə uğurlu təmsil etdiyinə görə, Elnur Məmmədovun bu mükafata layiq görüldüyünü diqqətə çatdırdı. 
Digər çıxışçılar – politoloq Elşən Musayev, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, YAP Gənclər Birliyinin təmsilçisi Səbuhi Abbasov, “Piar Service” sorğu agentliyinin həmtəsisçisi Əfsələddin Ağalarov, gənc fəal Cavid Süleymanlı idman ictimaiyyətinin və gənclər sektorunun nümayəndələri mükafatın əhəmiyyətindən danışaraq, Elnur Məmmədovun fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşdülər.
 Elnur Məmmədovun keçirdiyi beynəlxalq səviyyəli tədbirlərin video-çarxı yayımlandıqdan sonra söz qalibə verildi. Mükafata layiq görüldüyünə görə, “Piar Service” agentliyinin rəhbərliyinə təşəkkürünü çatdıran Elnur Məmmədov bildirdi ki, bu mükafat təkcə ona deyil, bütövlükdə Azərbaycan idmanına verilən qiymətdir. K-1 döyüş növünün Azərbaycanda yenicə yarandığını, bu müddət ərzində populyarlıq qazandığını deyən Elnur Məmmədov bir müddət öncə “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Best of the Best” təşkilatının keçirdiyi K-1 Dünya Qran-Pri yarışlarından və bu yarışların əhəmiyyətindən söz açdı. 
O bildirdi ki, Azərbaycanda K-1 idman növünün inkişafı istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Sonda “Piar Service” agentliyinin həmtəsisçisi Azər Niftiyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə, idman təşkilatçılığı sahəsindəki nailiyyətlərinə, habelə Azərbaycan idmanını beynəlxalq arenada uğurla təmsil etdiyinə görə, “İlin idman təşkilatçısı” fəxri mükafatını Elnur Məmmədova təqdim etdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün xoş xəbər alacaq 3 bürc
10:53 07.10.2026
Bu gün xoş xəbər alacaq 3 bürc
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
10:52 07.10.2026
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
10:48 07.10.2026
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
10:41 07.10.2026
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq