Tanınmış jurnalist ARB-yə direktor təyin edildi

Tanınmış jurnalist ARB-yə direktor təyin edildi
ÖZƏL
20:47 06.04.2020
8936
ARB Media Qrupun rəhbəri İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilməsindən sonra yerinə yeni direktor təyin edilib.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, telekanalın yeni direktoru tanınmış jurnalist Radik İsmayılov təyin edilib. 

Yeni direktor bu gün kollektivə təqdim edilib. 
 

 

Qeyd edək ki, Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1996-cı ildə Suraxanı rayonundakı 278 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil alıb, 2001-ci ildə magistratura pilləsinə daxil olub və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib.

 

2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirib, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

 

"Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Universitetdə bakalavr təhsili aldığı illərdən müxtəlif media qurumlarında çalışan Radik İsmayılov Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini, CBC telekanalının redaktoru vəzifələrində işləyib. Son təyinata qədər isə o, "ARB 24”də baş direktor vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü