Tanınmış jurnalist yenidən həbs olundu

Tanınmış jurnalist yenidən həbs olundu
MEDİA
17:33 27.02.2025
577
Bir neçə mətbuat orqanında eləcə də ANS və İTV-də uzun müddət kriminal sahə üzrə fəaliyyət göstərən Azər İsrafilov yenidən həbs olunub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, jurnalistin həbsinə səbəb Xətai Rayon Məhkəməsinin onun barəsində həbs qətimkan tədbiri haqqında qəbul etdiyi qərar olub.

Məlumata görə, Azər İstafilov barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi açılaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməsə də, proseslərin sonuncu mərhələsində o, məhkəmənin çağırışlarına gəlməkdən imtina edərək iclaslarda iştirak etməyib.

Buna görə də onun barəsində həbsli axtarış qərarı çıxarılıb.

Ötən gün jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdən birindən reportaj hazırlayarkən polis əməkdaşları tərəfindən saxlanılaraq barəsindəki həbs qərarı icra olunub.
OXŞAR XƏBƏRLƏR