Tanınmış jurnalist Fuad Mədətova vəzifə verildi.
AzXeber.Com-un məlumatına görə, F.Mədətov “Riyad” Mühafizə Xidmətinin mətbuat katibi vəzifəsinə təyin olunub. “Riyad” M/X-nin baş idarə rəisi Etibar Qasımovun təşəbbüsüylə jurnalist qeyd olunan vəzifəsinin icrasına başlayıb.
F.Mədətova mühafizə bölməsinə rəhbərlik etmək üçün 3-cü dərəcəli DMXƏ vəsiqəsi və “Riyad” Təlim Tədris Mərkəzinin mərkəzin sertifikatı təqdim olunub.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən “Riyad” Təlim Tədris Mərkəzinin təsisçisi Etibar Qasımovdur. Həmçinin mərkəzin imtahan komissiyasının sədri Fəxrəddin Məmmədov və direktoru Yaqub Ələkbərovdur.
Qeyd edək ki, “Riyad” M/X Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin lisenziyası əsasında fəaliyyətini uğurla davam etdirir.