Tanınmış milyarder Rusiyada prezidentliyə namizəd oldu

Tanınmış milyarder Rusiyada prezidentliyə namizəd oldu
Bütün Xəbərlər
11:14 19.01.2012
2234

Rusiyada prezident seçkisi yaxınlaşdıqca, ölkədəki siyasi atmosfer gərginləşir. Ötən gün daha 2 tanınmış sima Mərkəzi Seçki Komissiyasının təyin etdiyi 2 milyon səs limitini keçməyə nail olaraq, mart seçkisi üçün namizədliyini irəli sürüb. Rusiyalı milyarder Mixayıl Proxorov, komissiyanın təyin etdiyi son müddətə bir neçə saat qalmış 2.1 milyon səs toplayaraq, prezidentlik uğrunda mübarizəyə rəsmi şəkildə qoşulub. Özlərini cəmiyyətin orta təbəqəsi adlandıran biznesmenlərdən və ziyalılarıdan ibarət olan “Sağçı qüvvələr” hərəkatının üzvü mətbuata verdiyi müsahibədə müxalifəti pisləyib. Milyarder Kommunist partiyasının lideri Genadi Züqanov, milliyətçi deputat Vladimir Jirinovski və Ədalətli Rusiya partiyasının lideri Sergey Mironovun bostanına daş ataraq onların həqiqi müxalifət olmadığını bildirib və öz suiqəsd nəzəriyyəsini irəli sürərək onların əslində hökumətin özü tərəfindən təşkil edilmiş və xalqı aldatmaq məqsədi daşıyan imitasiya olduğunu diqqətə çatdırıb. İmzaların siyahısını təqdim edən Rusiya Liberal Partiyasının sədri Qriqoriy Yavlinskiy isə onun yürüdəcəyi siyasətin ən münasib alternativ olduğunu inandırmağa çalışıb. Baş nazir və mart seçkisində qalib gəlməyə ən real namizəd olan Vladimir Putin mətbuata verdiyi müsahibədə seçki platformasını geniş şəkildə Kütləvi informasiya vasitələrində dərc etmək niyiətində olduğunu bildirib. Putin iqtisadi inkişaf, sosial sferanın yaxşılaşdırılması, xarici siyasət kimi məsələlərdə şəxsi mövqeyinin silsilə şəklində işıqlandırılmasını təklif edib. Baş nazirin dediyinə görə, ölkədə yaşayan istənilən vətəndaş üçün seçki platforması haqqında əlçatan məlumat təmin edilməlidir. Qeyd edək ki, Rusiyada prezident seçkisi mart ayında keçiriləcək.

OXŞAR XƏBƏRLƏR