Tanınmış müğənninin bacısı oğlu qəzaya düşdü

Tanınmış müğənninin bacısı oğlu qəzaya düşdü
Bütün Xəbərlər
00:09 06.07.2012
1901
Salyan rayonunda xalq artistinin bacısı oğlu ağır yol qəzasına düşüb.
Dünən axşam saatlarında Ələt-Astara magistral yolunun təxminən 70-ci kilometrliyində 21 yaşlı Sabit Əliyevin idarə etdiyi "VAZ-2106" markalı maşınla Bakı istiqamətinə hərəkət edərkən əks istiqamətdən gələn “Daf” markalı yük maşını ilə toqquşub. Yük maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı "VAZ-2106"nın sürücüsü Sabit Əliyev hadisə yerində keçinib, avtomobildə 20 yaşlı Rza İsmayılov isə ağır yaralanıb.Qəza zamanı “VAZ-2106” iki hissəyə bölünüb.Qeyd edək ki, yaralı R.İsmayılov xalq artisti Bilal Əliyevin bacısı oğludur. O, hazırda komadadır. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR