Xəbər verdiyimiz kimi, yanvarın 22-si "Azad LGTB" təşkilatının sədri İsa Şahmarlı özünün Facebook səhifəsində homoseksual olduğu üçün cəmiyyət tərəfindən təzyiqə məruz qaldığı üçün etdiyini yazmış, mütəmadi təhqir və təhdidlərə dözə bilməyərək elə öz evindəcə özünü asmışdı.
AZXEBER.COM xəbər verir ki, cəmiyyətdəki diskriminasiyalarla bağlı hər zaman kəskin çıxışlar edən məşhur şairə Ülviyyə Alovlu bu dəfə də öz iradını bildirərək, homoseksuallara dəstək çıxıb:
“Hər birimizi Allah bərabər hüquqlu yaradıb. Kimisə cinsi oriyentasiyasına görə tənqid, təhqir və təqib edərək ölümə çatdırmaq, elə özü qətl sayılmalıdır. Başqasının intim həyatına burun soxmaq tərbiyəsizlikdir. Heç birimiz ideal deyilik. Hər kəs yalnız öz günah və savablarına görə cavabdehdir. Gəlin, hakimlik etməyək. Hamının yalnız bir hakimi var, onun işinə qarışmaq olmaz! Cinsi diskriminasiyaya yox deyək! Onlar da kiminsə övladları, əzizləridir!” –deyə, şairə öz hiddətini bildirib.












































