ARB TV və tanınmış aparıcı İsa Şükürov yollarını ayırıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda aparıcı özü sosial media hesabında məlumat verib.
O, işdəm ayrılmasını belə izah edib:
"Bilirsiz ki, ARB TV-də 3 il ən reytinqli verilişlərdən birinin rəhbəri idim. "Show News" mənim yaratdığım bir brenddir. Onun saytı, yarım milyonluq "Instagram" səhifəsi var idi. Bu işi genişləndirərək, televiziya layihəsi də etmişdim. Həftənin 5 günü ölkədə və dünyada baş verən ən son şou xəbərlərini tamaşaçılara çatdırırdıq. Hazırda "Show News"un televiziya layihısini ARB TV-də dayandırmaq qərarına gəldik”.
Qeyd edək ki, İsa Şükürov ARB TV-də həftə içi hər gün yayımlanan "Show news" verilişinin layihə rəhbəri və aparıcısı idi.
Nazim Qasımzadə