Tanınmış teleaparıcılar BDU tələbələrinə təlim keçdi - FOTOLAR

Tanınmış teleaparıcılar BDU tələbələrinə təlim keçdi - FOTOLAR
GƏNCLİK
22:38 15.01.2012
2371

Azərbaycan Tədris Akademiyasında (A.S.A) 15 yanvar tarixində “Space” televiziyasının tanınmış aparıcısı Lətafət Ələkbərovanın və telejurnalist İlhamə Novruzovanın iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün "Media School" nəzdində ödənişsiz təlim keçirilib.

A.S.A-nın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, təlim zamanı gənclərlə birlikdə hər iki telejurnalist bugünkü Azərbaycan televiziyalarında yayımlanan verilişlərlə bağlı fikir mübadiləsi aparıblar. 

Lətafət Ələkbərova telejurnalistikanın göründüyü qədər sadə və asan bir iş olmadığını söyləyib: “Bugünkü gənclər daha çox məşhur olmaq üçün aparıcı olmağa can atırlar. Ancaq bu iş çox böyük məsuliyyət tələb edir. 5 il bundan öncəyə nəzər salsaq Azərbaycan televiziyalarında kifayət qədər savadlı və intelektual aparıcılar var idi. İndi isə həmin aparıcılar bir çox insanın yaddaşında qismən qalıb. Bunlara Nərgiz Cəlilovanı, İlhamiyyə Rzanı, Mehriban Ələkbərzadəni, İlhamə Novruzovanı, İradə Tuncayı və başqalarını misal göstərmək olar. Bir şeyi qeyd edimki, televiziyada məşhur olmaq və bir anda bu məşhurluqdan məhrum olmaq çox asandır”.

Telejurnalist İlhamə Novruzova isə bugünkü Azərbaycan televiziyalarının reytinqlə bağlı probleminə toxunub: “ Bugünkü televiziyaların reytinqini ölçən şirkətlər çox primitiv üsullardan istifadə edirlər. Bu isə tam reytinqi göstərmir. Ancaq xaricdə reytinqi ölçmək üçün xüsusi mütəxəssilər var. Onlar ölkədə yayımlanan hər verilişi izləyərək oradakı verilişin mövzusuna, formata uyğun olaraq reytinqi müəyyən edirlər. Reytinqin hesablanması ilə bağlı bizim problemlərimiz çoxdur. Buna görə də bugünkü reytinq cədvəli heç də həmin verilişlərin daha çox izlənildiyini göstərmir. Bir də ki, biz reytinqin arxasınca getməli deyilik. Tamaşaçılara maarifləndirici, tərbiyəvi verilişlər təqdim etməliyik”. Daha sonra tələbələrə nitq mədəniyyətindən təlim keçilib və onlara müəyyən tapşırıqlar verilib. 

"Media School"un rəhbəri İlhamə Novruzova qeyd edib ki, bu cür ödənişsiz təlimlər ayda iki dəfə keçiriləcək. 

1 saat davam edən təlimin ardından telejurnalistlər gənclərlə birlikdə xatirə şəkli çəkdiriblər.

Ünvan: Bakı şəhəri,A.Gəraybəyli küçəsi, 37A(Ayna Sultanova heykəlinin yaxınlığında)Tel.: (012) 562 36 39Mob.: (055) 205 01 55E-poçt : [email protected]/* */web-sayt: www.asa.edu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi