Azərbaycan Tədris Akademiyasında (ASA) yalnız 1 gün Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün pulsuz “Teleradio aparıcılığı” mövzusunda təlim keçiriləcək.
Akademiyanın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 15 yanvar tarixində yalnız Bakı Dövlət Universitetinin tələbələri üçün “Media School” nəzdində təlim təşkil ediləcək.
Qeyd edək ki, jurnalistikaya maraq göstərən tələbələr burada 3 aylıq kurs daxilində Nərgiz Cəlilova, Vəsilə Vahidqızı, İlhamiyyə Rzayeva, Samirə Mustafayeva,Vəfalı Ənsər, İlhamə Novruzova, Günay Malikqızıdan peşəkar vərdişlər əldə edirlər.
İştirak etmək istəyən tələbələr yalnız tələbə biletləri ilə müraciət edə bilərlər. Qeydiyyat üçün yerlər məhduddur.
Əlaqə:
[email protected]/* */562 3639, (070) 399 36 39