Tanınmış teleaparıcılar İqtisad Universitetinin tələbələrinə ödənişsiz aparıcılıq təlimi keçəcək

GƏNCLİK
15:15 21.02.2012
2065
Peşəkar jurnalist olmaq istəyirsən? Lakin arzunu mümkünsüz sayırsan?? SIFE ADIU və Azerbaijan Study Academy (A.S.A) yalnız ADİU tələbələri üçün unikal imkan yaradaraq "MEDİA SCHOOL" layihəsini təqdim edir. Jurnalistika qabiliyyəti istənilən sahədə çalışan, istənilən yaşda olan insan üçün çox vacibdir. Fikrini düzgün və aydın ifadə etmək, auditoriyanı ələ almaq, çıxışını daha düzgün və maraqlı etmək, ətrafındakı insanlarla ünsiyyət qurmaq, elmi məqalələr yazmaq və natiqlik mədəniyyətinə bir çox situasiyalarda ehtiyac duyuruq. Sən də Azərbaycanın tanınmış telejurnalistləri ilə bir yerdə jurnalistikanın incəliklərini öyrən. Dərslər Azərbaycanın görkəmli mütəxəssisləri Nərgiz Cəlilova, İlhamə Novruzova, Vəsilə Vahidqızı tərəfindən keçiriləcək. Təlimlər aşağıdakı istiqamətlər üzrə aparılacaq1.Aparıcılıq təlimi 2.İntervyünün texnologiyaları 3.PR 4.Jurnalistikada sosial-psixologiya elementləri 5.Gender jurnalistikası üzrə nümunəvi təlim proqramı Hər bir istiqamət üzrə təlimlər həftədə 1 dəfə, saat 18.30da ADİU, əsas korpusda keçiriləcək. Təlimlərdə iştirak pulsuzdur. Təlim iştirakçıları təlimin sonunda sertifikat qazanır. Təlim Azərbaycan dilindədir. Yerlər məhduddur!İştirak üçün CV.lərinizi seçdiyiniz təlimin adını qeyd edərək [email protected]/* */ emailinə göndərin. Əlaqə üçün +99 412 562 36 39 +99 470 399 36 39

OXŞAR XƏBƏRLƏR