Tanınmış televiziya operatoru ölüm ayağındadır - KÖMƏK EDİN

Tanınmış televiziya operatoru ölüm ayağındadır - KÖMƏK EDİN
Bütün Xəbərlər
02:00 28.11.2014
6212
Istedadlı televiziya operatoru, imzasını “Lider” televiziyasından tanıdığımız, 34 yaşlı Cavid Əliyev ürək çatışmazlığından əziyyət çəkir. 
Azxeber.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə Cavid Əliyevin həmkarları tərəfindən yayılıb. Onlar üç övlad atası olan operatora yardım çağırışı ediblər: 
Son iki ildə Cavid Əliyev ailə üzvlərinin, yaxın qohumların və dostların maliyyə yardımı ilə Mərkəzi Neftçilər Xəstəxanasının Kardilogiya şöbəsində dəfələrlə müalicə kursları keçib. Bir neçə dəfə ölümlə üz-üzə gəlsə də həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Lakin son bir ayda Cavid Əliyevin durumu o qədər pisləşib ki, artıq müalicələr də heç bir effekt vermir. Həkimlər təcili olaraq onun üzərində ürək transplantasiyası (ürəyin dəyişdirilməsi) əməliyyatı aparılmasının vacibliyini vurğulayıblar. Lakin mövcud qanunvericiliyə görə ölkəmizdə bu tip əməliyyatların həyata keçirilməsi mümkün deyil. Digər tərəfdən xarici ölkələrdə reallaşdırılan ürək nəqli əməliyyatının dəyəri 100 min manat civarındadır. Bu məbləği ödəmək isə Cavid Əliyev və onun yaxınlarının imkanı xaricindədir. Təxminən bir həftə əvvəl səhhəti qəfildən pisləşən Cavid dostlarının yardımı ilə təcili Belorusiya Respublikasına aparıldı. Belorusiyanın Orqan Transplantasiyası İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilən Cavidə son diaqnoz qoyuldu – ömrünün sonuna sayılı günlər qalıb! Ürək nəqli vacibdir! Belorusiyalı həkimlər Cavidi ürək nəqli əməliyyatı üçün növbəyə yazıblar. Lakin bu əməliyyat üçün 100 min manat pul tələb olunur. Bu məbləği ödəmək faktiki olaraq mümkün deyil.
Dəyərli dostlar! Əziz dostumuz, peşəkar televiziya işçisi, gözəl ailə başçısı, 3 uşaq atası olan Cavid Əliyevin həyatda qalması üçün hər birimiz əlimizdən gələni etməliyik. Bu məqsədlə bu gün Azərbaycan Beynəlxalq Bankında Cavid Əliyevin adına hesab nömrəsi açmışıq. Biz bütün dostlar adından çoxsaylı televiziya işçilərinə, mətbuat və ictimaiyyət nümayəndələrinə müraciət edirik! Cavidin yaşaması üçün - əməliyyat olunaraq yenidən normal həyata dönməsi üçün səfərbər olaq! Gəlin həmkarımızın həyatla ölüm dirim mübaizəsi apardığı bir zamanda onun yanında olaq, ona dəstəyimizi əsirgəməyək!
Azərbaycan Beynəlxalq Bankında açılan hesab nömrəsi:
Əliyev Cavid Nizami oğlu
Müştəri hesab nömrəsi: AZ68IBAZ33801019441803347206
Azərbaycan Beynəlxalq Bankı ASAN1 şöbəsi
Bankın müxbir hesabı: AZ03NABZ01350100000000002944
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
14:06 17.06.2025
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
14:02 17.06.2025
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi