BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Tanınmış vəkil yanında təcrübə keçən qıza təcavüz etdi

Tanınmış vəkil yanında təcrübə keçən qıza təcavüz etdi
DÜNYA
20:27 17.02.2020
6888

Türkiyədə vəkil yanında təcrübə keçən qıza təcavüz edib.

Hüquq sahəsində təcrübə keçən Öykü adlı qıza İstanbul Vəkillər Kollegiyasının (İstanbul Baro avukatları) vəkillərindən biri təcavüz edib.

 

Bu barədə qız öz sosial şəbəkəsində paylaşım edib:

"Hamıya salam. Mənim adım Öyküdür. İstanbul Vəkillər Kollegiyasının üzvü olan M.K. adlı vəkil mənə və mənim kimi yanında işləyən bir çox qıza təcavüz edib və bizi təhdid edərək şikayət etməməyimiz üçün qorxudub”.

O, müdiri tərəfindən təcavüzə uğrayan qadınlara səslənərək onu dəstəkləmələrini istəyib.

Öykü ona təcavüz edən şəxsin 30 il vəkil işləyərək Türkiyədə yüksək mövqeyə malik olduğunu, öz oğlunu bıçaqla öldürməyə cəhd edən, arvadını döyən və insanları ölümlə hədələyən biri olduğunu deyib.

Öykünün paylaşımı əsasında hadisənin araşdırılmasına başlanılıb.

oxu.az

OXŞAR XƏBƏRLƏR