Tanınmış xanəndə qəza keçirdi

Tanınmış xanəndə qəza keçirdi
Bütün Xəbərlər
18:45 12.09.2012
1658
Xanəndə Elnarə Abdullayeva avtomobil qəzası keçirib. Lent.az-ın məlumatına görə, müğənni səhər saatlarında Müşfiqabad qəsəbəsində həyat yoldaşı ilə şəxsi avtomobilində qəzaya uğrayıb. Xanəndənin rəfiqəsi şairə Sevinc Akifqızı Lent.az-a açıqlamasında bildirib ki, Elnarə Abdullayeva və həyat yoldaşı hadisədən dərhal sonra Respublika xəstəxanasına yerləşdiriliblər. Onun sözlərinə görə, yaralılar 5 saatlıq ambulator müayinədən sonra evə buraxılıblar. Hadisə nəticəsində xanəndənin beli əzilib.
Sevic Akifqızı bildirib ki, hadisəyə səbəb xanəndənin olduğu avtomobilin qarşısına “Kamaz” markalı maşının çıxması olub. Müğənni avtomobili yoldan çıxarmaq istəyərkən qəzadan yayına bilməyib. Nəticədə onun idarə etdiyi avtomobil bir neçə dəfə aşıb.
Xoşbəxtlikdən hadisə nəticəsində ölən və ağır yaralanan olmayıb. Müğənninin avtomobili yararsız hala düşüb.
OXŞAR XƏBƏRLƏR