Tanınmış xəbər aparıcısı: ‘Xəbər aparıcısının toylarda aparıcılıq etməsinə pis baxıram’

Tanınmış xəbər aparıcısı: ‘Xəbər aparıcısının toylarda aparıcılıq etməsinə pis baxıram’
MEDİA
12:52 03.09.2012
3230

Tanınmış aparıcı, Lider Televiziyasının xəbər spikeri Mehman Mehdiyev Regional Televiziyanın şənbə - bazar şousu olan “İki miz” verilişinin qonağı olub.AZXEBER.COM-un məlumatına görə, verilişdə “Müasir cəmiyyətdə informasiyanın rolu” mövzusu müzakirə olunub. Qonaq aparıcıların nitq qüsurları, cəmiyyətdə özlərini aparması və digər məqamlara münasibət bildirib. O qeyd edib ki, əksər xəbər aparıcılarında standart suflyor asıllılığı var: “Əslində suflyor aparıcı ilə tamaşaçı arasında bir vasitədir ki, onların birbaşa kontaktı olsun. Bu zaman aparıcı üçün jest etməyə imkan yaranır. Bəzən aparıcılar suflyor olmadıqda proqramı davam etdirə bilmir. Bu da onların söz ehtiyyatı olmamasından irəli gəlir”.

Mehman Mehdiyev bildirib ki, aparıcının xəbəri təqdim edərkən əl qol hərəkətləri və digər bu kimi jestlərdən istifadə etməsi müəyyən məqamlarda, yəni, təbii halda baş verdikdə qəbul olunur. Ancaq artıq əl hərəkətləri, üz ifadələri yersizdir.

Aparıcının müvafiq sualına cavab olaraq tanınmış spiker bildirib ki, xəbər sujetində musiqidən istifadə etmək düzgün deyil: “Mənə elə gəlir ki, musiqili videolar tamaşaçıya əsas xəbəri almaqda mane olur, diqqəti yayındırır. Elə sujetlər olur ki, orada musiqidən istifadə etmək olar. Ancaq əksər hallarda musiqi artıqdır”.

Xəbər spikerininin efirə gedən xəbərdən sonra şərh verməsinin düzgün olub olmaması ilə bağlı suala qonaq belə münasibət bildirib: “Bu birmənalı şəkildə qəbulolunan deyil. Xəbər aparıcısının hansısa sujetə şərh verməsi məni bir tamaşaçı olaraq maraqlandırmır. Biz aparıcıların münasibətinin tamaşaçılara heç bir aidiyyatı yoxdur”. Mehman Mehdiyev bildirib ki, hazırda əksər telekanallar adi məlumatları “Şok” başlıqlarla tamaşaçıya təqdim edərək onları aldadırlar.

Mehman Mehdiyevin şounun aparıcısının “Xəbər spikerinin toylarda tamadalıq etməsinə necə baxırsız” – sualına da cavabı birmənalı olub: “Xəbər aparıcısı madiyyat duydu, duymadı gözünü toylara dikməməlidir. Düşünürəm ki, o, kanalın simasıdır. Xəbər aparıcısının toylarda aparıcılıq etməsinə pis baxıram”. Daha sonra zarafatla əlavə edib ki: “Amma bəzi aparıcıların mahnı oxumasını görsəm də təəccüblənmərəm”.

Qonaq, aparıcıların tələffüz, nitq qüsurları ilə bağlı məsləyə toxunarkən maraqlı açıqlamalar verib. Bildirib ki, aparıcı və müxbirlər Azərbaycan ədəbi dilinin daşıyıcılarıdır. Peşəkar xəbər aparıcısı qeyd edib ki, regionda fəaliyyət göstərməsinə baxmayaraq RTV-nin aparıcı və müxbirləri paytaxtda fəaliyyət göstərən əksər aparıcılardan düzgün danışır. O, bərpa olunan nitq qüsurlarından danışarkən uşaqlıqda düşdüyü maraqlı situasiyanı açıqlayıb. Bildirib ki, uşaqlıqda bağçaya gedərkən müəllimləri onun nitqində ciddi qüsur olduğunu deyib. Hətta, müəllimlərin məsləhəti ilə qısa bir müddətdə loqoped kurslarına da gedib. Sonra valideynləri cəmiyyətin qınağından çəkinərək onu kursdan uzaqlaşdırıb. Valideynlərinin onun gələcəkdə fikrini ifadə edə bilməyəcəyindən qorxuya düşdüyünü deyən aparıcı, uşaqlıqda onun nitqində qüsur olduğunu düşünən müəlliminə bu sözləri demək istədiyini bildirib: - Sizin dediyiniz həmin o “loqoped uşaq” bu gün Azərbaycan ədəbi dilinin daşıyıcılarındandır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA