Tanınmış xəbər saytının rəhbəri vəfat etdi

Tanınmış xəbər saytının rəhbəri vəfat etdi
MEDIA
11:34 18.06.2023
799
 Tanınmış xəbər saytının rəhbəri vəfat edib.
 
AZXEBER.COM xəbər verir ki, "Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.

Əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.

Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.

Z. Hüseynzadənin 52 yaşı vardı.

Allah rəhmət etsin. Yaxınlarının və jurnalist cameəsinin başı sağ olsun!
OXŞAR XƏBƏRLƏR