Ötən gecə xərçəngdən dünyasını dəyişən türkiyəli rəqqasə Tanyelinin dəfn proqramı açıqlanıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda rəqqasənin həyat yoldaşı İlker Sünneli sosial şəbəkə hesabında məlumat verib.
O, rəqqasənin Bodrumda dəfn olunacağını deyib:
"Sevimli həyat yoldaşım Tanyeli Özruh Sünneli 2 illik həyat mübarizəsini uduzdu. Cənazəsi 18 Mart Çərşənbə axşamı günü Zincirlikuyu məscidində günorta namazından sonra qılınacaq, daha sonra Bodrum ailə qəbiristanlığında torpağa tapşırılacaq".
Aysel