Tarif Şurasından “gediş haqqı artırılıb” xəbəri ilə bağlı- Açıqlama

Tarif Şurasından “gediş haqqı artırılıb” xəbəri ilə bağlı- Açıqlama
Bütün Xəbərlər
14:16 09.09.2014
818
Tarif (qiymət) Şurası avtobuslarda qiymət artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bu barədə Tarif Şurasının mətbuat xidmətindən AZXEBER.COM-a məlumat verilib.
Belə ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 sentyabr 2014-cü il tarixində keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib, Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib.
Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gediş haqqı mövcud 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR