Tarif Şurasından qiymətlərin qaldırılması ilə bağlı rəsmi - AÇIQLAMA

Tarif Şurasından qiymətlərin qaldırılması ilə bağlı rəsmi -  AÇIQLAMA
Bütün Xəbərlər
22:11 31.01.2014
3006
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclası keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

AZXEBER.COM xəbər verir ki, bunu AzNews.az-a Tarif Şurasının mətbuat katibi Abbas Əliyev bildirib. O vurğulayıb ki, bəzi KİV-lərdə bu gün Tarif Şurasının iclasının keçirilməsi və burada elektrik enerjisi, su-kanalizasiya xidmətləri və ictimai nəqliyyatda gediş haqları ilə bağlı məsələnin müzakirəyə çıxarılması və bu sahədə qiymətlərin yenidən qaldırılması məsələsinə baxılması qeyd olunur:

“Amma biz Tarif Şurası olaraq əhalinin diqqətinə çatdırırıq ki, yayılan bu tip məlumatlara inanmasınlar. Tarif Şurasında kommunal və digər xidmət qiymətlərinə yenidən baxılması gündəmdə deyil və bunun üçün narahatçılığa heç bir əsas yoxdur”.

OXŞAR XƏBƏRLƏR