“Tarqovi”da daha bir qeyri-adi evlənmə təklifi – FOTO

“Tarqovi”da daha bir qeyri-adi evlənmə təklifi – FOTO
Bütün Xəbərlər
17:10 23.09.2014
6056
Həmin yer, həmin görüntü, lakin bu dəfə başqa adamlar və milli kostyumlarda.
Azərbaycanda maraqlı evlənmə təklifi baş tutub.
Oxu.Az xəbər verir ki, fotoqraf Ayxan Salahovun ideyasına əsasən, Bakının mərkəzində milli paltarlar geymiş gənclər bir-birinə sevgi etirafı ediblər.
Samir adlı gənc nişanlısı Nərgizə bir müddət öpüşən cütlüyün şəkil çəkdirdiyi yerdə evlənmək təklifi edib.
Elə həmin yerdə çəkilən şəkilin üzərinə aşağıdakı şer parçası yazılıb:
“Ey dilbəri rana! Ey təsadüf-ü müstəsna! O məhrəm üzünüzü görüncə sizə an-i ürəkdən vuruldum ... Niyyətim acizanə-i təcavüz etmək deyil .. Əksinə əfkar-i ümumiyədə kiçik bir ailə bacası tüttürtməktir... Sözlərim sizi təmin və tətmin edəcəksə əgər buyursanı-z izdivacınıza talibəm!”.
Biz isə öz növbəmizdə gənclərimizi təbrik edib, qeyd etmək etmək istəyirik ki, son vaxtlar Azərbaycanda qeyri-adi evlilik təklifləri etmək dəbə minib. Yuxarıda qeyd etdiyimiz kimi, ötən ay başqa bir cütlük həmin ərazidə öpüşərkən foto çəkdirmişdi və həmin şəkil sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
OXŞAR XƏBƏRLƏR