'Tarqovı'da 'Sən də oxu!' adlı 'flashmob' keçiriildi - FOTOLAR

GƏNCLİK
15:40 03.02.2013
1993

Fevalın 2-si İşıq Gənclər Hərəkatı "Sən də oxu!" adlı “flashmob” keçirib. 

AZXEBER.COM-un məlumatına görə, “Flasmob”-un əsas məqsədi gənclərə qəzet oxuma mədəniyyətini çatdırmaq olub. "Qəzet oxumaq bir mədəniyyətdir və bu mədəniyyəti qoruyaq" şüarını əsas götürən İşıq gəncləri fəvvarələr meydanında öz istəklərinə nail olublar. Öncə şəhər polisləri mane olmaq istəsələr də məqsəd aydınlaşdıqdan sonra icazə veriblər və “flashmob” uğurla nəticələnib.

Hərəkatın İdarə Heyyətinin üzvü İlkin Şərifov “flasmob”-un uğurla nəticələndiyini və buna dəstək olan gənclərə təşəkkürünü bildirib. İlkin Şərifov onu da qeyd etib ki, ki, İşıq Gənclər Hərəkatı yaxın günlərdə daha böyük layihələr təşkil edəcək.

İşıq Gənclər Hərəkatı “Səndə oxu!” “flashmob” –unu məhz gənclər gününə həsr edib.        

OXŞAR XƏBƏRLƏR