Bakı şəhərinin mərkəzində yerləşən “Şaurma”, “Mado”, “All chicken” restoranlarının küçə ticarətinə son qoyulması ilə bağlı xəbər vermişdik.
Səbail Rayon İcra Hakimiyyətin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri İsrafil Kərimovun AZXEBER.COM-a verdiyi məlumata görə, bütün bu obyektlərin yığışdırılması Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təstiqlənmişdi.
Ancaq sözügedən restoranlar yenidən küçə ticarətinə başlayıblar.
AZXEBER.COM-un əməkdaşının çəkdiyi görüntülərdə məhz həmin restoranların yenidən küçə satışına başladığı görünür.
Ceyhun