‘Tarqovı’dakı məşhur restoranlar küçə ticarətinə yenidən başladılar - FOTOLAR

‘Tarqovı’dakı məşhur restoranlar küçə ticarətinə yenidən başladılar -  FOTOLAR
Bütün Xəbərlər
10:46 14.06.2013
8509

Bakı şəhərinin mərkəzində yerləşən “Şaurma”, “Mado”, “All chicken” restoranlarının küçə ticarətinə son qoyulması ilə bağlı xəbər vermişdik.

Səbail Rayon İcra Hakimiyyətin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri İsrafil Kərimovun AZXEBER.COM-a verdiyi məlumata görə, bütün bu obyektlərin yığışdırılması Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təstiqlənmişdi.

Ancaq sözügedən restoranlar yenidən küçə ticarətinə başlayıblar.

AZXEBER.COM-un əməkdaşının çəkdiyi görüntülərdə məhz həmin restoranların yenidən küçə satışına başladığı görünür.

Ceyhun

OXŞAR XƏBƏRLƏR