Yol örtüyünə yeni asfalt vurulub
Bakıda əsas yollardan biri olan Tbilisi prospekti yenidən təmirə bağlanıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri Salamzadə küçəsi ilə kəsişmədən Cavadxan küçəsi ilə kəsişməyə qədər olan hissədə aparılacaq. Qeyd edək ki, bir neçə ay öncə Tbilisi prospekti təmirə bağlanmışdı. Salamzadə küçəsilə kəsişmədən Cavadxan küçəsilə kəsişməyə qədər əraziyə yeni asfalt ötrüyü çəkilib.
