Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırıldı – FOTO

Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırıldı – FOTO
SOSİAL
21:14 28.05.2026
610
Gürcüstanın paytaxtı Tbilisidə şəhərin əsas rəmzlərindən hesab olunan televiziya qülləsi və "Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, aksiya 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə həyata keçirilib.

Axşam saatlarından etibarən Tbilisi teleqülləsi və Kür çayı üzərində yerləşən şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıqlandırılıb.

Qeyd edək ki, Tbilisi teleqülləsi və "Sülh körpüsü”nün hər il mayın 28-də Azərbaycan bayrağının rənglərində işıqlandırılması artıq ənənə halını alıb.

 


OXŞAR XƏBƏRLƏR