Tbilisidə azərbaycanlıdan heroin çıxdı

Tbilisidə azərbaycanlıdan heroin çıxdı
Bütün Xəbərlər
13:11 31.07.2015
800
Cinayət işi açılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Marneuli sakini Elşən S. Tbilisidə saxlanılıb.
Oxu.Az Gürcüstan DİN-nin məlumatına istinadla xəbər verir ki, polis əməkdaşları saxanılan şəxsin üzərindən 25,7249 qram olan üç heroin paketi aşkar ediblər. Saxlanılan şəxs günahını etiraf edib.
Faktla bağlı narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanılması maddəsi üzrə cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR