Tbilisidə partlayış nəticəsində ölənlərin sayı artdı, axtarış-xilasetmə başa çatıb

Tbilisidə partlayış nəticəsində ölənlərin sayı artdı, axtarış-xilasetmə başa çatıb
DÜNYA
02:06 20.11.2026
81
Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altında qalan sonuncu şəxsin də meyiti çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, sonuncu tapılan şəxsin azyaşlı olduğu bildirilir.

Beləliklə, hadisə nəticəsində ölənlərin ümumi sayı altıya çatıb. Həlak olanlardan üçü qadın, biri kişi, ikisi isə uşaqdır.

Qeyd edək ki, dağıntılar altında qalan yeddi nəfərdən yalnız üç yaşlı uşaq sağ xilas edilib. Hadisə zamanı xəsarət alan dörd nəfər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Axtarış-xilasetmə əməliyyatı başa çatıb.
OXŞAR XƏBƏRLƏR