Teatrın zirzəmisində yaşayan xalq artistimiz dünyasını dəyişdi
Bütün Xəbərlər
14:05 09.05.2012
2856
Xalq artisti Süleyman Nəcəfov dünyasını dəyişib. Lent.az-ın xəbərinə görə, ağır, faciəvi həyat yaşayan xalq artisti uzun sürən xəstəlikdən vəfat edib. Mərhum bu gün Novxanı qəbiristanlığında dəfn olunacaq.Xatırladaq ki, həyat yoldaşı və iki uşağı İrəvanda ermənilər tərəfindən öldürülən Süleyman Nəcəfov qoca anası ilə tək qalıb. Evləri olmadığı üçün anası Qocalar evində, özü isə teatrın zirzəmisində yaşayıb.Qeyd edək ki, Süleyman Nəcəfov 1966-cı ildə Xoreoqrafiya Texnikumunu bitirib. 1972-ci ildən o, Ermənistan Dövlət Rəqs Ansamblında rəqqas (solist) kimi fəaliyyət göstərib. 1976-cı ildən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində işləyib. Onun bu teatrın səhnəsində yaratdığı Çingiz bəy (H.Cavid, “Maral”), Cena (G.Xuqayev, “Mənim qaynanam”), Oğru ( M.B.Marinye,”Oğru”), Ziya Çalaqçı (Əziz Nesin, “Toros canavarı”), Ağamehdi (R.İbrahimbəyov, “Qum üstündə ev”), Tamada (Əli Əmirli, “Müqəddəs Valentin günü”), Kərəməli (Hidayət, “Məhəbbət yaşayır hələ”), Məmiş (Hidayət, “Məni qınamayın”), Səlim, (C.Cabbarlı, “Aydın”), Süleyman, Rza bəy (Ü.Hacıbəyov, “Arşın mal alan”, “O olmasın, bu olsun”), Dərviş (M.F.Axundov, “Müsyö Jordan və Məstəli şah”), Təlxək (U. Şekspir, “Axırı xeyir olsun”) kimi müxtəlif janrlı obrazları yadda qalan olub.