Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxıb

Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxıb
DÜNYA
21:34 11.06.2026
201
İranda Təbriz-Məşhəd sərnişin qatarı Miyanə şəhəri ərazisində relsdən çıxıb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Təbriz-Məşhəd sərnişin qatarı Türkmənçay ərazisində (Vərzəqan yolu yaxınlığında) relsdən çıxıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar Miyanə Qızıl Aypara Cəmiyyətinin xilasetmə və əməliyyat qrupları dərhal hadisə yerinə yönləndirilib.
Ölən və xəsarət alanlar barədə məlumat açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR