Təbrizdə böyük şənlik oldu, polis gözyaşardıcı qazdan istifadə etdi, tutulanlar var (VİDEO)

Təbrizdə böyük şənlik oldu, polis gözyaşardıcı qazdan istifadə etdi, tutulanlar var (VİDEO)
Bütün Xəbərlər
12:49 10.09.2011
1610
Dünən "Traxtur" futbol klubunun "İstiqlal" üzərindəki qələbəsi, Güney Azərbaycanın müxtəlif şəhərləri xüsusi ilə Təbrizdə böyük sevinclə qarşılanıb.AZXEBER.COM günaz tv-yə istinadən xəbər verir ki, oyundan sonra meydanlara çıxan Təbriz əhalisi azadi xiyabanı, maralan dördyolu (çaharrah), danishqah fələkəsi, bozorgmehr küçəsi, qolgəşt, qolbad, elgölü və ... kimi məhəllərlərdə toplaşıb və şənlik ediblər. Avtomobillərin siqnal səsi, gəncləri oynaması və yaşasın Traxtur səsləri şənliyə xüsusi həyəcan verib.Soydaşlarımız Təbrizin müxtəlif məntəqələrində xüsusi ilə Abrəsanda “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Yaşasın Azərbaycan”, “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir” və ... kimi milli şüarlar səsləndiriblər.Brəsan körpüsünün altında yer tutan təhlükəsizlik qüvvələri ilə əhali arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib. Əhali isə özünü daşla qorumağa çalışıb.Azadi xiyabanında da qarşıdurma olub və gözyaşardıcı qazdan istifadə olunub. Hadisə nəticəsində onlarla soydaşımız yaralanıb və polislər tərəfindən saxlanılıb.Ümumiyyətlə Təbrizin müxtəlif məntəqələrində bir çox soydaşımızın tutulduğu bildirilir. Hələlik tutulanların kimliyi ilə bağlı dəqiq məlumat yoxdur.Xatırladaq ki, “Traxtur-İstiqlal” müsabiqəsi (3 – 2) hesabı ilə “Traxtur”un xeyirinə sona çatıb.

AZXEBER.COM dünənki möhtəşəm qələbəlikdən çəklimiş videonu təqdim edir.

OXŞAR XƏBƏRLƏR