“Təhlükəsiz yol, yaxşı yol” layihəsinin açılış mərasimi keçirilib

GƏNCLİK
13:09 16.10.2017
1443

14 oktyabr 2017 – ci il tarixində "Təhlükəsiz yol, yaxşı yol” layihəsinin açılış mərasimi keçirilib.


AZXEBER.COM-un məlumatına görə, açılış mərasimində dövlət qurumlarının və gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər. İlk növbədə qonaqları salamlayan "Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev layihənin məqsədi ilə bağlı iştirakçıları məlumatlandırdı.

 

O, qeyd etdi ki, layihə çərçivəsində layihəyə cəlb olunan təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 30 gənc iştirakçıya 15 dərs proqramına uyğun olaraq şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər təşkil olunacaqdır.

Sonra çıxış üçün söz qonaqlara verildi.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək, yollarda təhlükəsizliyin təmin edilməsində bu və ya buna bənzər layihələrin təşkilini yüksək qiymətləndirdiyini qeyd etmişdir. O, bu istiqamətdə gərək təkcə Dövlət yol Polisinin əməkdaşları deyil, o cümlədən vətəndaş cəmiyyətinin ən fəal hissəsini özündə birləşdirən gənclər və gənclər təşkilatlarının birgəfəal iştirakını məqsədə uyğun hesab etmişdir. Hər kəs öz üzərinə düşən məsuliyyəti hiss etməlidir. Dövlət Yol Polisinin təbliğat işi aparmaqda, hərəkəti təşkil etməkdə, həmçinin inzibati qaydada protokol tərtib etməkdə məqsədi təhlükəsizliyi təmin etməkdir. Bu gün hər bir hərəkət iştirakçısı sözügedən sahədə əlindən gələni etməlidir. Sonda o layihə iştirakçılarına uğurlar arzu edərək, onların suallarını cavablandırmışdır.

Sonra Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələrvə maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev çıxış edərək bu istiqamətdə keçirilən layihələrin önəmli olduğunu və daim maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etmişdir. O, Bakı Nəqliyyat Agentliyinin keçirdiyi yeni layihələr və görülən işlər barəsində iştirakçıları məlumatlandırmış və onların suallarını cavablandırmışdır.

Sonda söz "BELC” təhsil kompleksinin direktoru və eyni zamanda "Təhlükəsiz yol, yaxşı yol” təlimçisi Xalid Səlimov çıxış edərək, layihədə nəzərdə tutulan dərs proqramı haqqında iştirakçıları məlumatlandıraraq, onlara uğurlar arzu etdi.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və "Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihənin icrasının başlıca məqsədi tələbə və gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

OXŞAR XƏBƏRLƏR