Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib

Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
DÜNYA
18:34 05.11.2026
66
Bu gün üç sərnişin təyyarəsi Bolqarıstana təcili eniş etməyə məcbur olub.

Bu barədə Bolqarıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarələrdən ikisi Madriddən Kopenhagenə uçarkən Sofiyada eniş etməli olub. Londondan uçan digər bir təyyarə isə Plovdiv hava limanına enib.

Hər üç təyyarənin təcili eniş etmələri təhlükəsizlik səbəbləri ilə izah olunub.

Qeyd edək ki, bundan əvvəl Dublindən Romaya uçan sərnişin təyyarəsi bomba xəbərdarlığı alıb və Fransada aviabazaya enmək məcburiyyətində qalıb.
OXŞAR XƏBƏRLƏR