İranın paytaxtı Tehranda məscid uçub. Bu barədə məlumatı İranın informasiya agentliyi "TABNAK" bu gün yayıb. "Həzrəti Rüqəyya" məscidində dağıntı ötən gün axşam saatlarında baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb. Çox sayda insan yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıblar.