Yerli mətbuatın verdiyi məlumata görə, müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin çağırışı ilə Beynəlxalq qadınlar günü münasibətilə küçələrə çıxmış kütləyə qarşı gözyaşardıcı qazdan istifadə olunub. Polis hələ aksiya başlamamışdan Tehranın mərkəzinə yerləşdirilib.