Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başladı

Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başladı
SOSİAL
14:28 13.05.2026
287
Azərbaycan Respublikasının Təhsil İnstitutu bölgələrdə təhsil ictimaiyyəti ilə dialoqun genişləndirilməsi məqsədilə müəllimlərlə silsilə görüşlərə başlayıb.

AZXEBER.COM xəbər verir ki, görüşlərin məqsədi bölgələrdə çalışan müəllimlərin tədris prosesi ilə bağlı fikirlərini dinləmək, onları maraqlandıran sualları cavablandırmaq və mövcud çətinlikləri müzakirə etməkdir. Müxtəlif regionlarda mütəmadi təşkil olunacaq görüşlərin ilk mərhələsində Azərbaycan dili və ibtidai sinif müəllimləri ilə dialoqlar keçirilir.

Bu çərçivədə ilk görüşlər artıq Quba və Gəncə şəhərlərində baş tutub.

Görüşlər zamanı dərsliklərin məzmunu, metodik vəsaitlərin tətbiqi, kurikulumun icrası, qiymətləndirmə mexanizmləri və şagirdyönümlü yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Müəllimlər dərslərin daha səmərəli təşkili, şagird nailiyyətlərinin artırılması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Səsləndirilən rəy və təkliflər müzakirə olunub, müəllimlərin peşəkar inkişafına dəstək istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR