Təhsil müəssisələrində oxuyanların qidalanmasına nəzarət gücləndiriləcək

Təhsil müəssisələrində oxuyanların qidalanmasına nəzarət gücləndiriləcək
Bütün Xəbərlər
18:30 27.08.2013
1204

Yeni tədris ilindən təhsil müəssisələrində oxuyanların qidalanmasına diqqət artırılacaq.

AZXEBER.COM-un məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisiƏbülfət İmanovdeyib.Xidmət rəisinin sözlərinə görə, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standart”ı məhz buna xidmət edir:“Cənab Prezidentin tapşırığına əsasən təhsil müəssisələrində qidalanmanın optimallaşdırılması yolu ilə azyaşlıların, gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi üzrə qəbul edilmiş bu standartda beynəlxalq tələblər öz əksini tapıb.Bu standart azyaşlıların sağlamlığının etibarlı təminatı, orqanizmlərinin inkişafı, ümumilikdə isə genefondun qorunması kimi məsələlərdə Azərbaycan dövlətinin nə dərəcədə həssaslıq nümayiş etdirdiyinin göstəricisidir. Bu standart ümumi təhsil müəssisələri və məktəbəqədər təhsil müəssisələrinə şamil olunur.Ümid edirik ki, bu müəssisələrdə qidalanmanı təşkil edən xidmət və istehsal müəssisələri, əlaqədar təşkilatlar standartın tələblərini əsas tutaraq ümumi fəaliyyətimizə töhfə verəcəklər. Bundan başqa yeni tədris ilindən qüvvəyə minəcək standartın tətbiqinə nəzarətin təşkili, bu sahədə arzu olunmayan problemlərin aşkar olunması və həlli istiqamətində də ciddi işlər görüləcək”.Qeyd edək ki, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” müasir qidalanma sistemini təşkil edən reqlamentləşdirilmiş əsas sənəd sayılır və standartın təhsil müəssisələrində və təhsil müəssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir.Bu standartın əsas məqsədi təhsil müəssisələrində qidalanmanın optimallaşdırılması yolu ilə təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsidir. Standartda uşaqların əsas qida maddələrinə və enerjiyə olan fizioloji tələbat normaları, uşaqların qidalanmasının təşkili üçün məhsul çeşidi, icazə verilən və verilməyən məhsul siyahısı, orta gündəlik qida norması, menyuya olan tələblər göstərilib.

OXŞAR XƏBƏRLƏR