Təhsil Nazirliyi də Hökumət Ödəniş Portalına qoşulur

Təhsil Nazirliyi də Hökumət Ödəniş Portalına qoşulur
Bütün Xəbərlər
17:15 22.03.2015
1074
Ödəniş plastik kartlardan və nağd vəsaitlərdən istifadə etməklə mümkün olacaq.
Təhsil Nazirliyi Hökumət Ödəniş Portalına qoşulmağa hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
Nazirliyin portala qoşulması vətəndaşlara mövcud strukturla bağlı ödənişləri həyata keçirməyə imkan verəcək. Ödəniş plastik kartlardan və poçt şöbəsi, bank filialları vasitəsilə nağd vəsaitlərdən istifadə etməklə mümkün olacaq.
Hazırda portala (apus.az) qoşulmuş dövlət qurumları arasında İqtisadiyyat və Sənaye, Fövqəladə Hallar, Vergilər, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Azərbaycan İpoteka Fondu var.
Bundan başqa, portala 5 kommunal müəssisə və 5 rabitə müəssisəsi (stasionar və mobil rabitə operatorları) qoşulub.
OXŞAR XƏBƏRLƏR