Təhsil Nazirliyi Pedaqoji Universitetdə keçirilən aksiyaya münasibət bildirib

Təhsil Nazirliyi Pedaqoji Universitetdə keçirilən aksiyaya münasibət bildirib
Bütün Xəbərlər
16:00 21.10.2013
2738
Azərbaycan Dövlət Pedaqoji Universitetində bir qrup tələbə semestr imtahanlarının yazılı keçirilməsinə etiraz edib.

Onlar imtahanın test üsulu ilə aparılması tələbini irəli sürüblər. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, hər universitetdə semestr imtahanlarının hansı formada keçirilməsi professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonraseçilə bilər və bu, nazirlik tərəfindən təsdiq olunur: “Təhsil Nazirliyi olaraq bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi nazirlik təsdiq etməyib”.

OXŞAR XƏBƏRLƏR