Təhsil Nazirliyi sosial şəbəkədə yayılan bu fotonu araşdırır

Təhsil Nazirliyi sosial şəbəkədə yayılan bu fotonu araşdırır
SOSİAL
12:58 02.03.2020
4564

Təhsil Nazirliyi sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda ("Pepsi" qabı) sinif otaqlarının qapısının dezinfeksiya etməsi məsələsinə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparıldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, ola bilər ki, bu, həmin şəxsin öz təşəbbüsü olub:

"Məlumdur ki, dezinfeksiya işlərini Bakıda və bölgələrdə sanitar-epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir".


OXŞAR XƏBƏRLƏR