Təhsil Nazirliyi uşaqları sevindirdi

Təhsil Nazirliyi uşaqları sevindirdi
Bütün Xəbərlər
10:40 12.03.2014
570

Təhsil Nazirliyinin Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Novruz bayramına həsr olunmuş “Çərşənbələrimiz” adlı bayram tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri tərəfindən müxtəlif milli və beynəlxalq rəqslər ifa edilib.Həmçinin, müəyyən səhnələr də göstərilib.Tədbir haqqında məlumat verən mərkəzin direktoru Lalə Qəti qeyd edib ki, uşaqlar bu tədbir vasitəsilə öz valideynlərini təbrik edirlər.Onun sözlərinə görə, daha çox milli nömrələrin olduğu tədbirdə eyni zamanda türkdilli xalqların rəqslərinə də yer ayrılıb.“Bundan əlavə müasir tipli rəqslər, Avropa sayağı mahnılar da ifa edilib. Hazırda yaradıcılıq mərkəzindəki 28 adda dərnəkdə 1800-ə yaxın şagird dərs alır. Bunlar əsasən bədii yaradıcılıq dərnəkləridir və vokal, rəqs, teatr, aktyorluq kimi sahələri də əhatə edir” - L.Qəti bildirib.Tədbirin sonunda 10 ən fəal valideyn Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıblar. Onların hər birinə uşaqları tərəfindən gül, Təhsil Nazirliyi tərəfindən isə diplom təqdim edilib. Həmin valideynlər 5-8 ildir ki öz uşaqlarını mərkəzə gətirir, xarici festivallarda mərkəzin iştirakına yardım edirlər.Qeyd edək ki, tədbirdə təhsil nazirinin müşaviri Hüseyn Əliyev də iştirak edib.

OXŞAR XƏBƏRLƏR