Təhsil Nazirliyi xarici ölkələrdə əldə edilmiş 23 saxta diplom aşkarladı

Təhsil Nazirliyi xarici ölkələrdə əldə edilmiş 23 saxta diplom aşkarladı
Bütün Xəbərlər
16:05 05.07.2013
1676

Təhsil Nazirliyi xarici ölkələrin ali məktəblərini bitirmiş məzunların  diplomlarının tanınması üçün nazirliyə daxil olan sənədlərin sayını açıqlayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 01.01.2004-cü ildən bu günə qədər müraciət edən şəxslərdən 6927 nəfərin ali təhsil haqqında sənədləri barəsində müsbət qərar qəbul edilib, 799 müraciətçinin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması məqsədə müvafiq hesab edilməyib.

Nazirlik saxta diplomların daha çox hansı ölkələrin ali təhsil müəssisələrinin adından verildiyini də açıqlayıb.

Belə ki, nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib. 

Saxta diplomların, əsasən MDB ölkələrindən əldə edilməsi aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR