Təhsil Nazirliyində əsas korrupsiya mənbəyi

Təhsil Nazirliyində əsas korrupsiya mənbəyi
Bütün Xəbərlər
21:49 18.10.2011
1748
 Fərzəli Qədirovun nəzarətində olan Bakı Təhsil İdarəsi və onun nəzdindəki Metod Mərkəzi 5 ildir niyə fəaliyyət göstərmir? Təhsil Nazirliyində baş verən proseslərlə bağlı son günlər mətbuatda xeyli sayda ilginc məlumatlar yayılmaqdadır. Bir müddət əvvəl üç müavini işdən çıxarılan nazir Misir Mərdanovun yaxın adamlarını həbs təhlükəsi gözlədiyi iddiası belə var. Vəziyyət isə belədir ki, TN-də baş verənlər mahiyyət etibarı ilə korrupsiya və rüşvətxorluğun hansı həddə olduğunu ortaya qoyur.Korrupsiyanın tüğyan etdiyi təhsil sahəsində ən ağrılı yer kimi, Bakı Təhsil İdarəsi və onun nəzdində fəaliyyət göstərən Metod Mərkəzi hesab olunur. Verilən məlumatlara görə, 5 ildən artıqdır yaradılmış Bakı Təhsil İdarəsinin Metod Mərkəzi bu illər ərzində fəaliyyətsiz qalıb. Təhsil Nazirliyinin kadrlar və strateji təhlil şöbəsinin rəhbəri Fərzəli Qədirovun birbaşa nəzarətində olan mərkəzin fəaliyyətsiz qalmasının başlıca səbəbi isə onun maddi maraqlarıdır.Mənbənin bildirdiyinə görə, Mərkəzin belə bir vəziyyətə düşməsinin səbəblərindən biri oradakı qrup maraqlarının daha qabarıq şəkildə önə çıxmasıdır. Belə ki, iki əsas qruplaşma arasında gedən mübarizə nəticəsində bir müddət əvvəl Məhəbbət Qarabağlı postundan uzaqlaşdırılıb. Verilən məlumatda deyilir ki, M.Qarabağlı «Borçalı klanı»nın rəhbəri kimi qəbul edilir və onun hal hazırda məqsədi Bakı Təhsil İdarəsində ayrıca statusa malik quruma rəhbərlik etməkdir. Yəni möhür və kürsü sahibi olmaq istəyən qarabağlı bununla Qərbi Azərbaycan klanının qarşısına çıxmaq istəyir.Amma durum belədir ki, bunun baş verməsi mümkün deyil. Çünki «vurulmuş» kadr kimi qəbul edilən M.Qarabağlı Qərbi Azərbaycan klanına güc gələ bilmir. Fərzəli Qədirov isə vəziyyətdən çıxmaq üçün məcburiyyətdən Suraxanı Təhsil Şöbəsinin müdiri olmuş Vahid Qurbanovu Metod Mərkəzinə rəhbər təyin edib. Əslən Borçalıdan olan Qurbanov isə Qədirovsuz bir addım atmır və əsas işi də kadrlar şöbəsinin rəhbərinin tapşırıqlarını yerinə yetirməkdir.Mənbə deyir ki, 5 ildir yaradılmasına baxmayaraq, Bakı Təhsil İdarəsi demək olar ki, fəaliyyətsiz quruma çevrilib. Bütün işçiləri yarımştat işə götürən Qədirov onların ayda 65 manat maaşla dolanmasını təmin edib. Bu barədə danışan mənbə vurğulayır ki, metodistlərin profili genişdir və onlar olmadan orta məktəblərdə dərslərin səviyyəsi istənilən effekti verə bilməz. Çünki metodistlər bütün qabaqcıl təcrübələrin orta məktəblərdə tətbiq olunmasına nəzarət edir və onların həyata keçirilməsinə yardımçı olur. Amma Fərzəli Qədirovun məsələdən xəbəri olsa da, bununla bağlı tədbir görməməsi birbaşa maddi maraqlarla bağlıdır.Mənbə bildirir ki, Metod Mərkəzində işləyən 50 işçinin hamısı yarımştat işə götürülüb. Digər boş qalmış yerlərə isə işçilər rüşvət hesabına götürülür. Bu prosesi birbaşa Qədirovun həyata keçirdiyini iddia edən mənbə onun işə götürmək üçün qarşı tərəfdən 2500-3000 manat aldığını qeyd edir.Mənbə qeyd edir ki, Bakı Təhsil İdarəsinin rəhbəri Nailə Rzaquliyeva hələ də metodistlərin fəaliyyət planını təsdiqləməyib. Onun sözlərinə görə, hələ sentyabr ayında təsdiqlənməli olan planın yubanmasına səbəb isə Fərzəli Qədirovdur. Belə ki, Qədirov və Rzaquliyeva planı ona görə təsdiqləmirlər ki, metodistlərin fəaliyyəti qanunauyğun şəkil almasın. Çünki ildə ən azı 3 dəfə orta məktəblərə getməli olan metodistlərin bu hərəkətləri TN-in kadrlar şöbəsinin rəhbərinin maddi maraqlarına ziddir. Ona görə ki, orta məktəblərə metodistlər gedəcəyi təqdirdə onlara pul verilə biləcəyi amili Qədirovun direktorlardan birbaşa aldığı pulun həcminə təsir edə bilər. Və ya faktiki olaraq məktəb direktorlarından birbaşa pul alan şöbə rəhbəri metodistlər işlədiyi təqdirdə həmin məbləği onlardan alacaq ki, bu da gəlirlərin azalması deməkdir. Elə bu səbəbdəndir ki, bütün orta məktəb direktorlarına tapşırıq verilib ki, metodistləri ümumiyyətlə, buraxmasınlar və onlarla görüşməsinlər.Mənbə Fərzəli Qədirovun Bakı Təhsil İdarəsinin Metod Mərkəzində həyata keçirdiyi «yığım»lardan daha biri barədə də danışıb. O bildirib ki, Mərkəzin rəhbərliyində çalışanlar birbaşa TN-in kadrlar şöbəsinin rəhbərinin nəzarəti və şərikliyi altında orta məktəblərə jurnallar, tövsiyələr, fəaliyyət planları və kurikulum ilə bağlı jurnalların satışı ilə pul qazanırlar.Maraqlıdır ki, mözvu ilə bağlı olaraq məlumat verən mənbə onu da bildirir ki, metodistlərin fəaliyyətsiz qalması təhsilə böyük zərbə vurur. Onun sözlərinə görə, əslində, metodistlərin orta məktəblərə buraxılmaması nəticəsində bu gün təhsilin səviyyəsi bərbad vəziyyətə düşüb və orta məktəblərdə özbaşınalıq baş alıb gedir.Mənbə sonda onu da deyib ki, əgər həqiqətən də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi təkcə Fərzəli Qədirovun fəaliyyətini araşdırarsa, Metod Mərkəzində baş verənlər açar rolunu oynaya bilər. Daha acınacaqlı vəziyyət olduğu üçün mənbə metodistlərin bu faktların araşdırılması ümidi ilə yaşadığını bildirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək