Təhsil nazirliyindən tələbə aksiyası ilə bağlı – AÇIQLAMA (VİDEO)

Təhsil nazirliyindən tələbə aksiyası ilə bağlı –  AÇIQLAMA (VİDEO)
Bütün Xəbərlər
15:20 19.05.2014
1220

“Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Təhsil nazirinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev, Bakıda Texniki Humanitar liseydə tələbələrin keçirdiyi aksiya ilə bağlı danışarkən deyib.

Əməkdaşımızın “Nazirlikdə aksiyayla bağlı məlumat vamı?” sualına C.Vəliyev geniş məlumat verməyərək ictimaiyyətə açıqlama veriləcəyini deyib:

“Hazırda tədbirdəyəm. Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə məlumatlar veriləcək. Birazdan yenidən əlaqə saxlayarsınız”.

Əməkdaşlarımız yeni məlumat əldə etmək üçün yenidən C.Vəliyevlə əlaqə saxladıqda isə, təhsil nazirlyinin rəsmisi telefonlara cavab verməyib.

Xatırladaq ki, Bakıda Texniki Humanitar liseydə aksiya olub. Aksiya zamanı bütün şagirdlər kütləvi şəkildə etiraz edərək sinifləri tərk edib. Səbəb kimi isə məktəbdə test imtahanlarının düzgün keçirilməməsi göstərilib. Əraziyə polislərin cəlb olunub. Direktorun polisə aparıldığı deyilir.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR