“Təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir” – AÇIQLAMA

“Təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir”  – AÇIQLAMA
SOSİAL
17:32 20.11.2026
64
Azərbaycanda 9-cu sinif bazasından kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi planlaşdırılır. 

Yeni yanaşmaya əsasən, 9-cu sinifdən sonra təhsilini davam etdirmək istəyən şagirdlərin daha çox peşə təhsili müəssisələrinə yönləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, kolleclərin 2030-cu ilədək ali təhsil müəssisələrinin tabeliyinə verilməsi planlaşdırılır. Bu dəyişikliklərin orta ixtisas təhsili sisteminə və əmək bazarına necə təsir edəcəyi maraq doğurur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, kolleclərlə bağlı nəzərdə tutulan dəyişikliklər əvvəlcədən planlaşdırılmış islahatların tərkib hissəsidir:

"Azərbaycanda kolleclərlə bağlı müəyyən yeniliklərin olacağını düşünürəm. Çünki bu istiqamətdə artıq müzakirələr aparılır. Ola bilsin ki, kolleclər universitetlərin ilkin mərhələsi olan bakalavriat, magistratura və doktorantura pillələrindən fərqli olaraq, daha çox peşə təhsilinə yönəlmiş yeni bir mərhələyə keçsin. Bu səbəbdən də 9-cu sinifdən kolleclərə qəbulun dayandırılması planlaşdırılır.

Son bir neçə ildə ali təhsil müəssisələrinə subbakalavr dərəcəsi ilə qəbul olunan tələbələrlə bağlı müəyyən narazılıqlar yaranıb. Belə ki, subbakalavrlar universitetlərə qəbul olunduqdan sonra digər tələbələrlə eyni səviyyədə təhsil almaqda, onlara uyğunlaşmaqda çətinlik çəkirlər. Bundan sonra kolleclərdə müəyyən islahatlara başlanılıb. Bildirim ki, kolleclərin yarıdan çoxunun rəhbər heyəti yenilənib. Lakin bütün bunlar hələ də kifayət etmir. Mənim fikrimcə, Azərbaycanda təhsil sisteminin ən problemli pillələrindən biri məhz kolleclərdir. Çünki onlar əmək bazarının tələblərini və ehtiyaclarını lazımi səviyyədə qarşılaya bilmirlər".

Ekspertin sözlərinə görə, 9-cu sinifdən sonra şagirdlərin peşə təhsilinə yönləndirilməsi əmək bazarının tələblərinə uyğun kadr hazırlığına müsbət təsir göstərə bilər:

"Digər bir məqam da Elm və Təhsil Nazirliyinin kolleclərdə pedaqoji ixtisaslarla bağlı qəbulun məhdudlaşdırılması istiqamətində atdığı addımlardır. Belə ki, 9-cu sinifdən pedaqoji ixtisaslara qəbulun dayandırılması, 11-ci sinifdən isə bəzi ixtisaslar, xüsusilə ibtidai sinif müəllimliyi üzrə qəbulun məhdudlaşdırılması nəzərdə tutulub. Bundan sonra 9-cu sinif bazasından daha çox peşə təhsili müəssisələrinə qəbulun həyata keçirilməsi planlaşdırılır. Hesab edirəm ki, bu, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı baxımından müsbət nəticələr verə bilər.

Çünki görürük ki, Azərbaycanda peşə təhsili müəssisələrinə diqqət artır, bu sahəyə investisiyalar yatırılır, infrastruktur yenilənir, kadr potensialı gücləndirilir və maddi-texniki baza yaxşılaşdırılır. Bütün bunlar deməyə əsas verir ki, peşə təhsili müəssisələri artıq bir sıra istiqamətlərdə kollecləri qabaqlamağa başlayıb. Ona görə də düşünürəm ki, bu, əvvəlcədən hesablanmış bir addımdır və yəqin ki, yaxın gələcəkdə onun nəticələrini görəcəyik".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək”
17:41 20.11.2026
“Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək”
“Təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir”  – AÇIQLAMA
17:32 20.11.2026
“Təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir” – AÇIQLAMA
Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq
17:28 20.11.2026
Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq
"AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir"- DEPUTAT - VİDEO
17:15 20.11.2026
"AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir"- DEPUTAT - VİDEO
Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?
16:58 20.11.2026
Ermənistanda yeni dövr başlayır - Paşinyan xalqa müraciətində nə deyəcək?
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır – İcra Hakimiyyətindən ŞİKAYƏT
16:57 20.11.2026
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır – İcra Hakimiyyətindən ŞİKAYƏT
Prezidentin sosial şəbəkə hesablarında Vyetnama rəsmi səfərlə bağlı videoçarx paylaşılıb - VİDEO
16:50 20.11.2026
Prezidentin sosial şəbəkə hesablarında Vyetnama rəsmi səfərlə bağlı videoçarx paylaşılıb - VİDEO
“Efirlərdə özlərini reklam edən həkimlərin qazancı araşdırılmalı, reklamları qadağan edilməlidir”
16:48 20.11.2026
“Efirlərdə özlərini reklam edən həkimlərin qazancı araşdırılmalı, reklamları qadağan edilməlidir”
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:39 20.11.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
16:24 20.11.2026
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
16:21 20.11.2026
2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
16:18 20.11.2026
“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
Arakçi: ABŞ-nin dəniz blokadası yarılmalıdır
16:05 20.11.2026
Arakçi: ABŞ-nin dəniz blokadası yarılmalıdır
Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
15:56 20.11.2026
Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka
15:46 20.11.2026
City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlandı
15:35 20.11.2026
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlandı