“Təkan” tələbələr arasında yeni yazı müsabiqəsi elan etdi

GƏNCLİK
20:41 14.12.2011
2884

“Təkan” Tələbə Gənclər İctimai Birliyi tərəfindən 31 dekabr- “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibətilə tələbələr arasında “Həmrəy gəncliyimiz” devizi altında publisistik məqalə müsabiqəsinin keçirilməsini planlaşdırır. Ictimai Birlikd'n AZXEBER.COM-a verilən məlumata görə, layihənin sponsorları “Times Academy”, “Baku Travel and Tourism Agency” və təşkilati dəstək isə Bakı şəhər Gənclər və İdman Baş İdarəsidir.

Məqalələrin mövzusu: “Həmrəy gəncliyimiz müstəqil Azərbaycanın parlaq gələcəyidir”

Məqalə formatı:

Times New Roman;

14 ölçü;

Maksimal 3 səhifə (A4).

Göndərilən hər bir məqalədə müəllif öz adı, soyadı, atasının adı, təhsil aldığı ali məktəbin adını mütləq qeyd etməlidir.

Məqalələr [email protected]/* */ elektron ünvanına göndərilməlidir;

Məqalələrin son göndərilmə tarixi: 16.12.2011.

Məqalələrin münsiflər tərəfindən yoxlanılması: 17-20 dekabr, 2011.

Ən yaxşı məqalənin müəllifinə “Times Academy” tərəfindən pulsuz dil kurslarında oxumaq imkanı, habelə “Baku Travel and Tourism Agency” tərəfindən respublikanın regionlarından birinə səyahət paketi təqdim ediləcəkdir. Digər qalib iştirakçılara da hədiyyələrin verilməsi nəzərdə tutulur.

Qaliblərin mükafatlandırma mərasimi 26 dekabr saat 12.00-da Gəncliyə Yardım Fondunda keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR